Biləsuvarda gəlini tərəfindən öldürülən qadının qətli kameraya düşübmüş – Dəhşətli DETALLAR - FOTO

Biləsuvarda gəlini tərəfindən öldürülən qadının qətli kameraya düşübmüş – Dəhşətli DETALLAR - FOTO

Hazırda oxunan: Biləsuvarda gəlini tərəfindən öldürülən qadının qətli kameraya düşübmüş – Dəhşətli DETALLAR - FOTO

585634

Biləsuvar rayonunda gəlini tərəfindən qətlə yetirildiyi iddia olunan 72 yaşlı Almaz Cəfərova ilə bağlı yeni detallar məlum olub.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 4 oğlu və 2 qızı olan Almaz Cəfərova uzun müddət tək yaşayırmış.

Onun oğlan övladlarının Rusiya Federasiyasında yaşadığı bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan Azərbaycana gələrək mərhumla eyni evdə yaşamağa başlayıb.
 

Yaxınlarının sözlərinə görə, ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO