Təhlükəli TENDENSİYA – “Gənclər arasında dinamik formada yayılır”

Təhlükəli TENDENSİYA – “Gənclər arasında dinamik formada yayılır”

Hazırda oxunan: Təhlükəli TENDENSİYA – “Gənclər arasında dinamik formada yayılır”

585618

“Gənc nəsil arasında dindarlaşma prosesi dinamik formada müşahidə edilir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
 

“Azərbaycan cəmiyyətində müstəqillikdən sonra dindarlaşma prosesi başlayıb. Bu proses əvvəlcə tədricən inkişaf etsə də, sonradan qloballaşan dünyada baş verən xarici təsirlər nəticəsində sürətlənməyə başladı. Xüsusilə, gənc nəsil arasında dindarlaşma prosesi daha dinamik şəkildə müşahidə edilir. 


Biz gənclərin dini dəyərlərə maraq göstərməsini təbii və normal qarşılayır, eyni zamanda onların fanatizm və radikalizmdən uzaq olmasını da arzulayırıq.

Dini dəyərlərin düzgün və sağlam şəkildə öyrədilməsi xüsusi əhəmiyyət daşıyır. Yanlış, radikal və ya təhrif olunmuş dini yanaşmalar həm fərd, həm də cəmiyyət üçün ciddi təhlükələr yarada bilər. Bu səbəbdən əsas məqsəd gənclərdə sağlam dini düşüncə formalaşdırmaq, onları həm mənəvi dəyərlərə bağlı, həm də radikalizm və ekstremizmdən uzaq, məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir”,-deyə o bildirib.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO