Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ

Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ

Hazırda oxunan: Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ

585613

“Məktəblərdə milli-mənəvi dəyərlərlə bağlı dərslərin yaradılmasına böyük maraq olarsa, bu məsələ Dövlət Standartlarına təklif edilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda panel müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, hazırda yeni Dövlət Standartları hazırlanır:

"Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq olarsa, hazırlanmaqda olan yeni Dövlət Standartlarına əlavə edilə bilər".

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO