Fazil Mustafa: “Dini yaxşı bilməyən yaxşı ateist ola bilmir”

Fazil Mustafa: “Dini yaxşı bilməyən yaxşı ateist ola bilmir”

Hazırda oxunan: Fazil Mustafa: “Dini yaxşı bilməyən yaxşı ateist ola bilmir”

585599

“Düşüncə ilə dünya görüşü arasında əsas fərq ondan ibarətdir ki, düşüncə sabit deyil, istənilən vaxt dəyişə bilər. Dünya görüşü isə artıq sabitləşmiş, formalaşmış düşüncədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.

“Bizim dini dünya görüşümüzdəki əsas problemlərdən biri dini həyat tərzi ilə real dünya həyatı arasında uyğunluq yaratmaqda çətinlik çəkməyimizdir.
 

Bununla bağlı tarix boyu müzakirələr aparılıb. Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğlu “Üç mədəniyyət” əsərində dini düşüncənin doğru anlaşılmasının yollarını göstərib. Mədəniyyəti bütöv qəbul etmək, onun hər bir tərəfini anlamaq vacibdir.


Dini təcrübəyə əsaslanan və bilgi ilə zəngin olan mədəniyyətə üstünlük verilməlidir. İslamın biliyə qarşı olmadığını göstərmək vacibdir. Vurğulamaq lazımdır ki, dini yaxşı bilməyən yaxşı ateist ola bilmir”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO