“Məktəblərdə məzhəbçiliyi yox, düzgün dini düşüncəni öyrətmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bu gün Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
"Din adamı da, din müəllimi də, dindar da cəmiyyətdə nümunə olmalıdır. Cəmiyyətin hər bir üzvündə dini düşüncə formalaşdırılmalıdır. Bu gün Azərbaycan məktəblərində bu istiqamətdə düzgün işlər getməlidir. Rüşvətxorluq, cinayətkarlıq çoxdursa, bunun səbəbini dini düşüncədə axtarmaq lazımdır. Bunu siyasi yox, dini cəhətdən deyirəm.
Din insana nümunə olmalıdır.
Azərbaycan müəllimi məktəblərdə bu istiqamətdə düzgüb işlər görməlidir. Bu gün cinayətkarlar, rüşvətxorluq çoxdursa, bunu edənlər bilmir ki, haramdır olmaz?”
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

































































































