Kürdəmirdə canavarlar təsərrüfata hücum etdi - 10 qoyun tələf oldu - FOTO

Kürdəmirdə canavarlar təsərrüfata hücum etdi - 10 qoyun tələf oldu - FOTO

Hazırda oxunan: Kürdəmirdə canavarlar təsərrüfata hücum etdi - 10 qoyun tələf oldu - FOTO

585557

Kürdəmirdə canavarlar təsərrüfata hücum edib. 10 baş xırdabuynuzlu heyvan tələf olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.

Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib.

Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan (qoyun – red.) tələf olub, 5-si isə ağır yaralanıb.
 

Təsərrüfat sahibinin sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.


Qeyd edək ki, bir necə gün öncə də yırtıcılar rayonun Çöl-Qubalı və Sığırlı kəndlərində də təsərrüfatlara hücum çəkib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurmuşdular.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO