Qusardakı qəzada həyatını itirənlər Şair Ramaldanovun qohumları imiş... – YENİ DETALLAR

Qusardakı qəzada həyatını itirənlər Şair Ramaldanovun qohumları imiş... – YENİ DETALLAR

Hazırda oxunan: Qusardakı qəzada həyatını itirənlər Şair Ramaldanovun qohumları imiş... – YENİ DETALLAR

585546

Ötən gün Qusarın Yuxarı Ləyər kəndində baş verən qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanovanın və 43 yaşlı Cəmilə Bağırovanın meyitləri gecə saatlarında Bakıya aparılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhumların dəfn mərasimləri Bakıda olacaq.

Qəzada yaralanan 63 yaşlı sürücü Fariza Ramaldanova və 8 yaşlı Rüstəm Qoşqar oğlu Rəhimov hazırda Qusar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədirlər. Üz nahiyələrində yüngül cızıqlar olan 3 yaşlı Adam və Arman Rəhimovlar isə Bakıya-evə göndərilib.

Qeyd edək ki, qəzaya uğrayanlar tanınmış hərbi ekspert Şair Ramaldanovun qardaşı Elmanın ailə üzvləridir. Qəzada ölən Tamilla Elman Ramaldanovun qızıdır. Həyatını itirən digər şəxs - Cəmilə Bağırova əkiz uşaqlar olan Adam və Arman Rəhimovların dayəsi idi. 

Xatırladaq ki, Fariza Ramaldanovanın idarə etdiyi "Kia Sorento" markalı avtomobilin dərəyə aşması nəticəsində iki nəfər hadisə yerində ölüb. Sürücü və 3 uşaq isə xəstəxanaya çatdırılıb.

Faktı Qusar polisi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO