Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

Hazırda oxunan: Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

585512

Tiktoker Nahid Nəsirovun məhkəməsi keçirilib.

Bizim.Media “Qanunla.az”a istinadən xəbər verir ki, Nərimanov Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə tiktoker barəsində qərar qəbuk edilib.

Qərara əsasən, Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Tiktoker Nahid Nəsirov barəsində olan şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun etdiyi qanunazidd hərəkətlərlə bağlı araşdırma aparılır.

Xəbər Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO