Sulutəpədə yağışın fəsadları: "Vəziyyət çox ağır idi" - VİDEO

Sulutəpədə yağışın fəsadları: "Vəziyyət çox ağır idi" - VİDEO

Hazırda oxunan: Sulutəpədə yağışın fəsadları: "Vəziyyət çox ağır idi" - VİDEO

585495

Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Sulutəpə qəsəbəsinin Xələfli küçəsi iflic vəziyyətinə düşüb.

Bizim.Media xəbər verir ki, yağış suları ərazidə yerləşən evləri basıb, sakinlər çətin vəziyyətlə üzləşiblər. Şikayətlərdən sonra aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində tədbirlərə başlayıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müraciətə operativ reaksiya verilib.

"İki gün əvvəl yağan güclü yağışdan sonra evlərimizi su basmışdı, vəziyyət çox ağır idi. Şikayətimizdən sonra "Azərsu" məsələni nəzərə aldı və hazırda ərazidə işlər aparılır", - deyə sakinlərdən biri bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO