Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO

Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO

Hazırda oxunan: Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO

585473

Bu gün səhər saatlarından Qobustana yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun əraziisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.

Bizim.Media  xəbər verir ki, təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb.

Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO