“Mixaylo”nun atası vəfat etdi - FOTO

“Mixaylo”nun atası vəfat etdi - FOTO

Hazırda oxunan: “Mixaylo”nun atası vəfat etdi - FOTO

585463

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.

Bizim.Media xəbər verir ki, mərhum bu gün Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında dəfn olunacaq.
 

Xatırladaq ki, “Mixaylo” ləqəbli, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev kiçik gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, 2020-ci il noyabrın 10-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Şəhidimiz ölümündən sonra “Qarabağ” ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO