Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? — VİDEO

Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? — VİDEO

Hazırda oxunan: Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? — VİDEO

585429

Hansısa yaşayış binasının həyəti deyil, tullantı poliqonunu xatırladır.

Bizim.Media xəbər verir ki, bura Xətai rayonu, Qədir Məmmədov küçəsindəki 5 və 7 nömrəli binaların həyətləridir.
 

Sakinlər deyirlər ki, iki ildən çoxdur bu həyətə abadlaşdırma adı ilə gəlib, qarajları və köhnə tikililəri söküblər. Amma işlər yarımçıq saxlanılıb.


O gündən bəri torpaq, daş, tullantılar bu ərazidə yığılıb qalıb. Yayda toz, qışda isə palçıq çıxılmaz vəziyyət yaradır.

Sakinlər deyirlər ki, bir vaxtlar uşaqların oynadığı həyət indi sahibsiz itlərin məskəninə çevrilib.

Onlar aidiyyəti qurumlardan təxirəsalınmaz tədbir görülməsini istəyirlər.

Daha ətraflı Xəzər TV-nin reportajında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO