FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasının bəzi ərazilərində sulu qar yağır

FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasının bəzi ərazilərində sulu qar yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasının bəzi ərazilərində sulu qar yağır

585416

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bizim.Media xəbər verir ki, bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar yağır.

Yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.
 

Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.


Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 20, Gədəbəydə 16 m/s-yə çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO