Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Xəyal Quliyev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına qəfil çıxan yeniyetməni vurub.
Qəza nəticəsində kənd sakini, 2010-cu il təvəllüdlü Nuriyeva Tahirə Əlizamin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetmə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzanı törədən sürücü ilə piyada qohumdurlar.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
21:16 / 13.12.2025
Biləsuvarda YOL QƏZASI: 15 yaşlı yeniyetmə ağır xəsarət aldı
Hazırda oxunan: Biləsuvarda YOL QƏZASI: 15 yaşlı yeniyetmə ağır xəsarət aldı
Hazırda oxunan: Biləsuvarda YOL QƏZASI: 15 yaşlı yeniyetmə ağır xəsarət aldı
585379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































