Bakıda oğurluq edən şəxslər SAXLANILDI

Bakıda oğurluq edən şəxslər SAXLANILDI

Hazırda oxunan: Bakıda oğurluq edən şəxslər SAXLANILDI

585370

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayonun Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb.

Bildirilir ki, hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib.

Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.
 

Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000 manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO