Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə veribmiş

Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə veribmiş

Hazırda oxunan: Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə veribmiş

585108

Bu gün mandatı ləğv olunan Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsinin deputatı Abbasov Əli Feyzulla oğlu bir müddət əvvəl xadiməni məhkəməyə verməklə gündəmə gəlmişdi.
 

MÖVZU İLƏ BAĞLI: 

Əli Abbasovun deputat mandatına XİTAM VERİLDİ


Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılan deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət vermişdi.
 

Ərizədə qeyd olunurdu ki, həmin şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi ittihamlar irəli sürüb.


Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO