ADNSU-nun rektoru “AICC CASPIAN 2025”də “Mükəmməllik” mükafatına layiq görüldü - FOTO

ADNSU-nun rektoru “AICC CASPIAN 2025”də “Mükəmməllik” mükafatına layiq görüldü - FOTO

Hazırda oxunan: ADNSU-nun rektoru “AICC CASPIAN 2025”də “Mükəmməllik” mükafatına layiq görüldü - FOTO

585071

Dekabrın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə keçirilən “AICC CASPIAN 2025 – Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər” konfransı uğurla başa çatıb.

Bizim.Media xəbər verir ki, ADNSU-dan bildirilib ki, təhsil və tədqiqat tərəfdaşı qismində tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) son gündə də fəallığı ilə seçilib.
 

Konfrans çərçivəsində texnoloji bütövlük, rəqəmsal innovasiyalar və sənayedə risklərin idarə olunması üzrə aktual mövzular müzakirə olunub. Konfransın sonuncu günündə keçirilən panel müzakirələrindən biri universitetin Neft-qaz və kimya mühəndisliyi üzrə proqram rəhbəri Elnur Əlizadənin moderatorluğu ilə aparılıb.


Konfransda həmçinin ADNSU-nun dosenti Aysel Qasımzadə “Mikrobioloji və elektrokimyəvi korroziyaya qarşı yeni çoxfunksiyalı inhibitorun tədqiqi” mövzusunda və müəllim Aytən Məmmədova mövzusunda təqdimatla çıxış edib, tədqiqat nəticələrini paylaşaraq iştirakçıların suallarını cavablandırıblar.

Sərgi zalında ADNSU-nun stendinə gün ərzində iştirakçılar tərəfindən böyük maraq olub. Ziyarətçilərə universitetin tədris və tədqiqat imkanları, sənaye ilə əməkdaşlıq layihələri və beynəlxalq tərəfdaşlıqları haqqında ətraflı məlumat verilib.
 

Konfransın ən yadda qalan anlarından biri isə iştirakçıların səsverməsi ilə ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun yadda qalan çıxışına görə “Aktivlərin Dürüstlüyü” nominasiyası üzrə “Mükəmməllik” mükafatına layiq görülməsi olub.


Qeyd edək ki, 3 gün davam edən konfransda 14 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Konfransda aktivlərin bütövlüyü, rəqəmsal innovasiyalar, sənayedə risklərin idarə olunması və müasir texnologiyalar mövzusunda panel müzakirələri və təqdimatlar keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO