Bakıda oğurluq edib qaçan şəxslərin avtomobili radara düşdü – FOTO/VİDEO

Bakıda oğurluq edib qaçan şəxslərin avtomobili radara düşdü – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda oğurluq edib qaçan şəxslərin avtomobili radara düşdü – FOTO/VİDEO

585057

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub.

Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və "BYD" markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO