Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova yayıb.
Onun sözlərinə görə, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb. Ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir.
“Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb”, - Gülnarə Abbasova vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:53 / 11.12.2025
Ən çox yağıntı düşən bölgələr açıqlandı
Hazırda oxunan: Ən çox yağıntı düşən bölgələr açıqlandı
Hazırda oxunan: Ən çox yağıntı düşən bölgələr açıqlandı
585046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































