2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 milyard 515 milyon 57.6 min ABŞ dolları dəyərində 44 min 440.9 kq qızıl idxal edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kq-nın orta idxal qiyməti 101 min 597 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda qızıl istehsalı 2592.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 276 milyon 824.5 min ABŞ dolları dəyərində 3970.7 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 69 min 715 ABŞ dolları təşkil edib.
Aşağıdakı cədvəldə bu ilin ilk 10 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 11.12.2025
Azərbaycana bu ilin 10 ayında nə qədər qızıl idxal edilib? – SİYAHI - FOTO
Hazırda oxunan: Azərbaycana bu ilin 10 ayında nə qədər qızıl idxal edilib? – SİYAHI - FOTO
Hazırda oxunan: Azərbaycana bu ilin 10 ayında nə qədər qızıl idxal edilib? – SİYAHI - FOTO
585043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































