“6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - Video

“6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - Video

Hazırda oxunan: “6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - Video

584996

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər.

Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: “Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb”.

Digər vətəndaşın sözlərinə görə, bu yolu hər gün getdiklərindən maşınlarında problem yaranır: “Yolda kanalizasiya sistemi işləmir. Ona görə də yol bərbad vəziyyətdədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb: “İşlərə başlanılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alındqdan sonra layihənin icrası reallaşdırılacaq”.

Ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO