Türkanda ağır QƏZA: Sürücü sıxılı vəziyyətdə qaldı – VİDEO

Türkanda ağır QƏZA: Sürücü sıxılı vəziyyətdə qaldı – VİDEO

Hazırda oxunan: Türkanda ağır QƏZA: Sürücü sıxılı vəziyyətdə qaldı – VİDEO

584978

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə “Ford Fokus” markalı minik avtomibilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Mercedes”in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Əliyev Fərman Nurlan oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO