Cari ilin yanvar-sentyabr aylarında ölkəmizdə istifadəyə verilmiş sosial və yaşayış obyektlərinin sayı məlum olub.
Bizim.Media rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ümumi təhsil üzrə iki yeni məktəb binası istifadəyə verilib. Bu müəssisələrdə ümumilikdə 932 şagird yeri yaradılıb. Məktəbəqədər təhsil sahəsində isə 80 yerlik bir yeni bağça istifadəyə verilib.
Yanvar-sentyabr aylarında ölkə üzrə ümumilikdə 24 min 478 mənzildən ibarət yaşayış evləri istifadəyə verilib. Bu mənzillərin ümumi sahəsi 3 milyon 174 min 379.6 kvadratmetr təşkil edib.
Fərdi yaşayış və bağ evlərinin sayı 17 min 685 (2 622 167.5 kv.m), dövlət müəssisələri tərəfindən inşa edilən yaşayış evlərinin sayı 69 (6 645 kv.m), qeyri-dövlət müəssisələri tərəfindən inşa edilən yaşayış evlərinin sayı isə 6 min 724 (545 567.1 kv.m) olub. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:41 / 11.12.2025
Azərbaycanda bu il neçə ev tikilib?
Hazırda oxunan: Azərbaycanda bu il neçə ev tikilib?
Hazırda oxunan: Azərbaycanda bu il neçə ev tikilib?
584954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































