Namizəd Səfərov barəsində QƏRAR VERİLDİ

Namizəd Səfərov barəsində QƏRAR VERİLDİ

Hazırda oxunan: Namizəd Səfərov barəsində QƏRAR VERİLDİ

584943

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, N.Səfərovu dekabrın 9-u polis əməkdaşları saxlayıblar.

O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb.

Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO