Goranboyda iki nəfəri bıçaqlayan şəxs TUTULDU

Goranboyda iki nəfəri bıçaqlayan şəxs TUTULDU

Hazırda oxunan: Goranboyda iki nəfəri bıçaqlayan şəxs TUTULDU

584937

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A. Məmmədov və V. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Xatırladaq ki, Goranboy rayonunun Azad kəndində baş verən mübahisə iki nəfərin xəsarəti ilə nəticələnib. Kənd sakinləri, 1996-cı il təvəllüdlü Adil Məmmədovla və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bədənlərinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasına yerləşdiriliblər. Hər iki xəsarət alan dərhal əməliyyata götürülüb, müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO