Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Bizim.Media Rövşən İsmayılovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Şahin Əliyev vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. O, 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllimi, 2006-cı ildən dosentdir.
O, Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.
2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olub.
1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü kimi fəaliyyət göstərib.
1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllim kimi çalışıb.
2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.
2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü kimi fəaliyyət göstərib.
22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.
Bizim.Media



























































































