Mikroavtobusda qəzaya düşənlərin SON DURUMU - VİDEO

Mikroavtobusda qəzaya düşənlərin SON DURUMU - VİDEO

Hazırda oxunan: Mikroavtobusda qəzaya düşənlərin SON DURUMU - VİDEO

583780

Yevlax rayonundan Şəmkirə gedərkən Keçili kəndi ərazisində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alanların durumu barədə açıqlama verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkir qəzasında xəsarət alanların ADLARI AÇIQLANDI


Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir".

Şəmkir rayon xəstəxanasından o da bildirilib ki, müalicəsi davam etdirilən 10 nəfərin hazırda vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Şəmkirdə "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb. Mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO