“İcbari tibbi sığorta məsələsi tamamilə tərsinə yozulmağa çalışıldı. Biz göstəririk ki, əlli kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Bu, niyəsə tam əksinə göstərilib ki, işsizlər sığortalanmayacaq.
Əksinə ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:
“Bu, təxminən 7.3-7.5 milyon əhalinin sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzdlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər. Biz deyirik ki, qanunvericiliklə qadağan olunmuş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunu müəyyən etmək üçün xüsusi qaydalar olacaq”.
Qeyd edək ki, sözügedən şəxslər aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəməli olacaqlar.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:11 / 02.12.2025
Bu şəxslər 16 manatı ödəməyəcək - Nazir açıqladı
Hazırda oxunan: Bu şəxslər 16 manatı ödəməyəcək - Nazir açıqladı
Hazırda oxunan: Bu şəxslər 16 manatı ödəməyəcək - Nazir açıqladı
583495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































