Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı - BİRGƏ MƏLUMAT

Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı - BİRGƏ MƏLUMAT

Hazırda oxunan: Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı - BİRGƏ MƏLUMAT

583342

Paytaxtın Sabunçu rayonunda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin noyabrında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.
 

Belə ki, 1990-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr yaranıb.


H.Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO