Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Bu barədə Bizim.Media Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:25 / 22.11.2025
4 ofisiantın ölümünə görə otel rəhbəri HƏBS EDİLDİ
Hazırda oxunan: 4 ofisiantın ölümünə görə otel rəhbəri HƏBS EDİLDİ
Hazırda oxunan: 4 ofisiantın ölümünə görə otel rəhbəri HƏBS EDİLDİ
581856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































