
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 01.02.2022
Ötən ay Gorus-Qafan yolundakı gömrük postundan neçə nəqliyyat vasitəsi keçib? - RƏSMİ
Hazırda oxunan: Ötən ay Gorus-Qafan yolundakı gömrük postundan neçə nəqliyyat vasitəsi keçib? - RƏSMİ
58146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu ilin yanvar ayında əlverişsiz hava şəraiti ilə əlaqədar Gorus-Qafan yolundakı “Qubadlı” gömrük postundan cəmi 109 nəqliyyat vasitəsi keçib.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Xatırladaq ki, qurumun sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin hesabına toplanmış vəsaitlərin məbləği (2 milyon manat) ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirə olunur.
Həmin məbləğin dekabr ayında açıqlanmış məbləğdən ciddi fərqlənmədiyi qeyd edilir.
Komitə isə bəyan edib ki, ötən ay postdan keçmiş nəqliyyat vasitələrinin sayı az olduğundan dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































