Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay Bərquşad yolunda rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.
“Wolksvagen” markalı avtomobil həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarəti alaraq Göyçay rayon Mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu





























































































