Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

577931

Oktyabrın 30-da saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO