Bu üç problemdən qaçmaq istəyirsinizsə, baldan UZAQ DURUN!

Bu üç problemdən qaçmaq istəyirsinizsə, baldan UZAQ DURUN!

Hazırda oxunan: Bu üç problemdən qaçmaq istəyirsinizsə, baldan UZAQ DURUN!

577877

Təbii şəfa mənbəyi sayılan bal faydalı və ləzzətli olmağı ilə yanaşı, digər tərəfdən də ziyanlı ola bilər. Lakin burada əsas məsələ onun düzgün və ölçülü şəkildə istifadəsidir.
 

Çoxları yanlış olaraq düşünür ki, səhər acqarına bir qaşıq bal yemək, çay və ya ilıq su ilə qəbul etmək, həm immunitetə fayda verir, həm də günə enerjili başlamağa kömək edir. Halbuki bal yüksək kalorili məhsuldur və artıq istifadəsi faydadan çox zərər verə bilər.


Təbii olan hər şey faydalı deyil

Dietoloq Hicran Rafael bildirir ki, balın da tərkibində fruktoza və qlükoza var və qan şəkərini eynilə ağ şəkər kimi qaldıra bilir:

 “Xüsusilə yaşlı insanlar və insulin dirənci olanlar üçün səhər acqarına bal qan şəkərində kəskin yüksəliş yarada bilər.  Sağlam insanda bəzən az miqdarda bal qəbul etmək problem yaratmaz, amma onu “gündəlik dərman”a çevirmək, acqarına yemək düzgün deyil. Təbii olan hər şey faydalı deyil,  balans vacibdir”.
 

Bundan başqa balın allergik reaksiya riski də var. Xüsusilə arı məhsullarına və polenə qarşı həssaslığı olan şəxslərdə dəri səpgiləri, öskürək, qaşınma və hətta nəfəs darlığı yarana bilər.


Autoimmun xəstələri baldan imtina etməli ya da onun qəbulunu minumuma endirməlidirlər.

Bal həmçinin diş səthinə yapışaraq ağız boşluğunda bakteriyaların çoxalmasına şərait yaradır və nəticədə diş çürümələri yaranır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO