Astara rayonunda 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həyatını itirib.
MÖVZU İLƏ BAĞLI:
“Hamiləliyini gizlətmək üçün tələsik toy etdilər” – Astarada 17 yaşlı qızın ölümü ilə bağlı SENSASİON AÇIQLAMA – ÖZƏL
Toyundan sonra onun vəziyyəti pisləşib və dərhal Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 28.10.2025-ci il tarixində saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.
Naibə Məmmədova, Bizim.Media






























































































