Zaqatala sakinlərini narahat edən zibil problemi HƏLLİNİ TAPDI - FOTO

Zaqatala sakinlərini narahat edən zibil problemi HƏLLİNİ TAPDI - FOTO

Hazırda oxunan: Zaqatala sakinlərini narahat edən zibil problemi HƏLLİNİ TAPDI - FOTO

577668

Zaqatalanın Aşağı Tala kəndində yerləşən Adil Həmzəyev küçəsində sakinlərin narahatlığına səbəb olan zibil problemi artıq həllini tapıb. Bu gün yerli polisin də müşayiəti ilə ərazidəki antisanitar vəziyyət aradan qaldırılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir müddət öncə küçə sakinləri ərazidə tullantıların yığılması və baxımsızlıqdan şikayət ediblər. Məsələ ictimailəşdirildikdən dərhal sonra aidiyyəti qurumlar hadisəni nəzarətə götürüb və əraziyə xüsusi təmizlik briqadası cəlb olunub.

Nəticədə küçədə toplanmış məişət tullantıları daşınıb və ətraf abadlaşdırılıb. 

Hazırda Adil Həmzəyev küçəsində səliqə-səhman bərpa olunub, tullantıların vaxtında yığılması üçün mütəmadi nəzarət sistemi tətbiq edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO