Səhhətində problem yaranan Əbdül Mahmudovun SON DURUMU

Səhhətində problem yaranan Əbdül Mahmudovun SON DURUMU

Hazırda oxunan: Səhhətində problem yaranan Əbdül Mahmudovun SON DURUMU

577610

“Şükür ki, indi yaxşıyam. Gündəlik müalicə alıram. Fürsətdən istifadə edib Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirmək istəyirəm. Hazırda bütün müalicəm Fond tərəfindən qarşılanır”.
 

MÖVZU İLƏ BAĞLI:

Səhhətində problem yaranan Əbdül Mahmudovun SON DURUMU


Bu fikirləri son günlər səhhətində problem yaranmış Xalq artisti, rejissor Əbdül Mahmudov Bizim.Media-ya açıqlamasında deyib.

O, bronxlarında problem olduğunu bildirib:

“Bir müddət əvvəl çəkilişdən gec çıxdım. Hava xoş olduğu üçün evə piyada gəldim. Yolda özümü soyuğa vermişəm. Yaşlı adamam... Gərək özümü gözləyim. İndi gündəlik müalicə kursları qəbul edir, axşamlar da evə gəlirəm. Son günlər aldığım müalicədən sonra xeyli düzəlmişəm. Amma həkimlər deyir ki, “diqqətli ol”. Düz də deyirlər. Daha cavan deyiləm, 81 yaşım var”.

Xatırladaq ki, ötən həftə Əbdül Mahmudovun səhhətində problem yarandığı, Reabilitasiya və Bərpa Mərkəzində müalicə aldığı ilə bağlı məlumat yayılmışdı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO