Universitetlərə qəbul planları TƏKMİLLƏŞDİRİLİR

Universitetlərə qəbul planları TƏKMİLLƏŞDİRİLİR

Hazırda oxunan: Universitetlərə qəbul planları TƏKMİLLƏŞDİRİLİR

577588

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə nazirlik və tabe qurumların nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin məqsədi növbəti tədris ili üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində qəbul planlarının hazırlanması, prosesin təhlili və gələcək fəaliyyətin prioritetlərinin müəyyənləşdirilməsi olub.

Tədbiri açan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, bu formatda müzakirələr artıq ikinci ildir təşkil olunur və qəbul planlarının formalaşdırılmasında elmi əsaslara və analitik təhlilə xidmət edir. Onun sözlərinə görə, qəbul planlarının hazırlanması zamanı aparılan dərin analizlər ali təhsilin uzunmüddətli inkişaf strategiyasının düzgün istiqamətdə qurulmasına şərait yaradır.
 

Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman isə bildirib ki, aparılan analitik işlər təhsil proqramlarının aktuallığının qiymətləndirilməsində və əmək bazarının ehtiyaclarının öyrənilməsində mühüm rol oynayır. Bu işlər gələcəkdə təhsilin məzmununun daha çevik və nəticəyönlü şəkildə formalaşdırılmasına xidmət edəcək.


Müzakirələr zamanı ali təhsil müəssisələrinə qəbulun nəticələri üzrə statistik təhlil təqdim olunub. Qeyd edilib ki, 2024-cü ildə aparılan analizlər əsasında bəzi ixtisaslar təsnifatdan çıxarılıb, yeni ixtisaslar əlavə edilib və bu dəyişikliklər qəbul siyasətinin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan yaradıb.

Ali təhsil müəssisələrinin nümayəndələri də müzakirələrdə fəal iştirak edərək gələcək qəbul planları ilə bağlı təklif və müşahidələrini bölüşüblər.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO