Sumqayıtda qəzaya düşən yeniyetmələrin son DURUMU

Sumqayıtda qəzaya düşən yeniyetmələrin son DURUMU

Hazırda oxunan: Sumqayıtda qəzaya düşən yeniyetmələrin son DURUMU

577454

Sumqayıtda baş verən qəza səbəbilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 6 nəfərdən (kişi) 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Bizim.Media-nın sorğusuna TƏBİB-dən məlumat verilib. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir.
 

Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərdən birinin vəziyyəti orta ağır, Travmatologiya şöbəsində müalicəsi davam etdirilən digər şəxslərin vəziyyəti isə stabildir.


Qeyd edək ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO