AYNA paytaxtda qəsdən tıxac yaradır — ŞOK GÖRÜNTÜLƏR

AYNA paytaxtda qəsdən tıxac yaradır — ŞOK GÖRÜNTÜLƏR

Hazırda oxunan: AYNA paytaxtda qəsdən tıxac yaradır — ŞOK GÖRÜNTÜLƏR

577391

Bakıda Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iki zolaqlı yolun bir zolağı ödənişli parkinq üçün ayrılıb.

Bizim.Media “konkret.az”a istinadən xəbər verir ki, əraziyə yeni xətt çəkilərək avtomobillərin dayanması üçün nişanlar quraşdırılıb.
 

Sakinlərin sözlərinə görə, əvvəllər bu yolda nəqliyyat sıxlığı müşahidə olunmasa da, parkinq zolağının yaradılmasından sonra hər gün tıxac yaranır. Xüsusilə səhər və axşam saatlarında avtomobillərin hərəkəti xeyli çətinləşib.


Vətəndaşlar hesab edirlər ki, bu addım ərazidəki nəqliyyat axınına mənfi təsir göstərir və parkinq zonası ləğv edilməlidir.

Onların fikrincə, yolun bir zolağının ödənişli dayanacağa çevrilməsi Bakıxanovda tıxac problemini daha da dərinləşdirib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO