Dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi – VİDEO

Dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi – VİDEO

Hazırda oxunan: Dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi – VİDEO

577362

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü Ələkbərov Musa Çingiz oğlunun hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxdığı və geriyə qayıda bilməməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə dədbirləri sayəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsin xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO