Rəşt–Astara dəmir yolu sazişi gələn ay imzalanacaq

Rəşt–Astara dəmir yolu sazişi gələn ay imzalanacaq

Hazırda oxunan: Rəşt–Astara dəmir yolu sazişi gələn ay imzalanacaq

577303

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, gələn ay İran və Rusiya arasında Rəşt–Astara dəmir yolunun tikintisinə dair saziş imzalanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Tasnim nəşri yazıb.

Nazir qeyd edib ki, bu layihə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması və region ölkələri ilə iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, son iki həftə ərzində Azərbaycan və Pakistana rəsmi səfərlər edilib. Onun sözlərinə görə, Bakı səfəri zamanı Rəşt–Astara marşrutu üzrə yük daşımalarının artırılması və logistika əlaqələrinin genişləndirilməsi istiqamətində danışıqlar ilkin mərhələdən çıxaraq praktiki nəticələr verməyə başlayıb.

Sadiq nəqliyyat infrastrukturunun regional inteqrasiyada əsas rol oynadığını bildirib:

“Sanksiyalar və mövcud məhdudiyyətlərə baxmayaraq, iradə və əməkdaşlıq ruhu pozulmayıb.

Magistral yolların və dəmir yollarının inkişafı qonşu ölkələrlə iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO