Ağdaşda dəhşətli yol qəzası baş verib, ölənlər var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “KamAZ” və “Qazel” markalı yük avtomobilləri toqquşub.
Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və 38 yaşlı sərnişin Rauf Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bizim.Media, Aran bürosu




























































































