Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elçin Cumayevin anası rəhmətə gedib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Suvagil kəndindən olan Elçin Cumayev 1993-cü ildə hərbi xidmətə yollanıb.
Əvvəlcə Sumqayıtda təlimlər keçib. Sonradan Ağdam istiqamətində döyüşlərə qatılıb. Ağdamın Əliağalar kəndi istiqamətində itkin düşüb.
Ailədə iki qardaş, beş bacı olublar. Anası Rəbiyyət Cumayeva 32 il idi ki, oğlunun gələcəyi günü həsrətlə gözləyərdi. Hər qapı açılanda, hər telefon çalınanda ana öncə itkin oğlunu xəbər alıb. Lakin bu haqda heç bir məlumat verən olmayıb.
Və beləcə 32 ilin başında övlad həsrətinə dözə bilməyən ana vəfat edib.
Allah rəhmət eləsin.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






























































































