Gəncədə 28 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə 28 yaşlı kişi xəstəxanalıq oldu

Hazırda oxunan: Gəncədə 28 yaşlı kişi xəstəxanalıq oldu

577202

Gəncədə 28 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini, 1997-ci il təvəllüdlü S. Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir.

28 yaşlı şəxsə hansı şəraitdə və kim tərəfindən xəsarət yetirildiyi hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO