Anar Əsədlidən şikayət edən 4 nəfər kimdir? - ADLAR

Anar Əsədlidən şikayət edən 4 nəfər kimdir? - ADLAR

Hazırda oxunan: Anar Əsədlidən şikayət edən 4 nəfər kimdir? - ADLAR

577146

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlidən şikayətçi olan 4 nəfərin kimliyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Anar Əsədli HƏBS EDİLDİ


Bizim.Media lent.az-a istinadən xəbər verir ki, onlar - Oqtay Qasımov, İlham Hüseynov, Etibar Nəsibov və Tamara Allahverdiyevadır.

Oqtay Qasımov və İlham Hüseynovun Anar Əsədlidən şikayətçi olmalarına dair məlumatlar mediada gedib.

Lakin Etibar Nəsibovla Tamara Allahverdiyevanın adları isə mediada yazılmayıb.

Əldə etdiyimiz məlumata görə, onların hər ikisi Anar Əsədliyə borc verdiklərini və pullarını geri ala bilmədikləri üçün ondan şikayətçi olublar.

Qeyd edək ki, Anar Əsədli 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib.


Sonradan isə məhkəmə Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO