Zemfira Meftahətdinova yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO

Zemfira Meftahətdinova yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO

Hazırda oxunan: Zemfira Meftahətdinova yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO

577064

Olimpiya çempionu Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağında verilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Ardınca Zemfira Meftahətdinova təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib.

Ardınca Z.Meftahətdinovanın "İdman veteranları" İctimai Birliyinə preizdent seçilməsi qərara alınıb.

Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lyudmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə İdarə Heyətinin üzvləri seçiliblər.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO