Biləsuvardakı heyvan bazarında da nöqsanlar aşkarlandı – FOTO

Biləsuvardakı heyvan bazarında da nöqsanlar aşkarlandı – FOTO

Hazırda oxunan: Biləsuvardakı heyvan bazarında da nöqsanlar aşkarlandı – FOTO

577013

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb.

Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib.
 

Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib. AQTA bildirir ki, epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq.


Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO