Bakıda adam oğurluğunda təqsirləndirilən Pakistan vətəndaşlarının barəsindəki qərardan kassasiya şikayəti verilib.
Bizim.Media “Pravda.az”a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Təqsirləndirilən şəxslər Bakıda öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb etməkdə ittiham olunublar.
İş üzrə 3 nəfər Pakistan vətəndaşı Khushnam Ali Muhammad Riaz Awan, Muhammad Riaz Awan Khuda Bukash Awan, Shahzad Ali Khuda Bukhs Awan zərərçəkən kimi tanınıb.
Faktla bağlı polisə müracət edən Pakistan vətəndaşları Azərbaycana turist qismində gəldiklərini, burada öz həmyerliləri olan 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammadin onları hava limanında qarşılayıb, kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döydüklərini, hədə-qorxu gələrək üzərlərində olan 1500 dollar və 400 avronu ələ keçirdiklərini billdiriblər.
Daha sonra isə azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min dollar tələb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə və s. maddələri üzrə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mukhtar Mohsin, Abbas Muhammad və Muzammil Muhammad 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bizim.Media































































































