Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Aparat rəhbərinin müavini Elşad Miraləm sosial şəbəkə hesabında məlumat verib.
Nəriman Qurbanovun 65 yaşı var idi.
Qeyd edək ki, 1960-cı ildə Bakıda anadan olan N.Qurbanov 2018-ci ilədək Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Qurbanov 2018-2020-ci illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müşavir və məsləhətçi işləyib. Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Daxili nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.
Nəriman Qurbanov Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2017) ,"Tərəqqi" medalı (2012), "Dövlət qulluğunda fərqlənməyə görə" medalı kimi fəxri ad və mükafatlara layiq görülüb.
Allah rəhmət eləsin!

Bizim.Media






























































































